Yunanıstan Xarici İşlər Nazirliyi rəsmi Bakının “tamamilə əsassız və təhqiramiz ifadələr”indən sonra Azərbaycandakı səfirini geri çağırır.
Strateq.az “Euronews”-a istinadla xəbər verir ki, Yunanıstan XİN-in verdiyi bəyanatında deyilir: “Dağlıq Qarabağdakı toqquşmalar çərçivəsində Azərbaycan hökumətinin Yunanıstan dövlətinin terror aktlarına, terrorçu döyüşçüləri cəlb etmək cəhdlərinə və Yunanıstan ərazisindən Azərbaycana qarşı kiber hücumlara qarşı tolerantlığı barədə tamamilə əsassız və təxribat xarakterli bəyanatlarından sonra Xarici İşlər Nazirliyi Azərbaycan səfirinə sərt etiraz bildirib. Demarşın davamı olaraq Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos xarici işlər naziri Nikos Dendiasın qərarı ilə məsləhətləşmələr aparmaq üçün Afinaya çağrılıb”.
Yunanıstan səfiri geri çağırılmaqla yanaşı, səfir vasitəsi ilə Azərbaycana rəsmi etiraz notası çatdırılıb.