XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 19:45

Brüssel hücumu:daha bir şübhəli yaralı saxlanılıb

istanbul terror

Belçika polisi paytaxt Brüsseldəki reydlər zamanı hücumlarla əlaqəsi olan daha bir kişinin saxlanıldığını deyir.

Schaerbeek rayonunda bel çantası olan kişi polis əmrinə tabe olmadığından ayağından vurulub. Bir neçə partlayış da eşidilib. Əməliyyat başa çatmaq üzrədir.

Brüsseldə hücumlardan sonra üç Avropa ölkəsində 10-dan çox şübhəli həbs edilib. Onlardan yeddisi Brüsseldə, ikisi Almaniyada və biri isə Parisdə saxlanılıb.

Belçika polisi 31 nəfərin ölümünə səbəb olmuş çərşənbə axşamı günü intihar hücumları ilə bağlı təhqiqatları davam etdirir.

Bundan əvvəl hadisənin baş verdiyi Schaerbeek rayonunda həbslər aparılıb.

Brüsseldə baş verən partlayışlar, ötən il Parisdə hücum törətməkdə şübhəli bilinən Salah Abdeslamla da əlaqələndirilir. O, Brüsseldəki partlayışdan 4 gün əvvəl, ötən cümə günü, şəhərin Meşəlik adlanan ərazisində həbs olunub.

"Abdeslam fikrini dəyişərək Belçikadan Fransaya deportasiya olunmaq istəmir", – onun vəkili cümə axşamı açıqlayıb.

"Belçikada anadan olan 26 yaşlı Fransa əsilli Abdeslam-ın Brüsseldəki partlayışlar haqqında heç bir məlumatı olmayıb və baş vermiş hadisələrdən sonra polislə əməkdaşlığını dayandırıb", – onun vəkili Sven Mary deyib.

Abdeslam və daha iki şübhəlinin həbsi ilə bağlı məhkəmə iclası aprelin 7-nə təxirə salınıb.

"Avropada cihadçıların şəbəkəsi bizim qorxduğumuzdan daha geniş ola bilər", – Avropa Birliyinin polis agentliyinin direktoru, Avropol, BBC-yə məlumat verib.

Robert Wainwright bildirib ki, "münaqişə təcrübəsi üçün Suriya və İraqa gedib Avropaya qayıdan bəzi – hamısı deyil – insanların cəmləşdiyi və Avropada radikallığı ilə seçilən 5000 şübhəli şəxsin cəmləşdiyi icma" ilə bağlı narahatlıqlar var.

BBC