XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 15:23

Türkiyə və Almaniya XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər –Açıqlama

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun almaniyalı həmkarı Hayko Maas Bratislavada görüşüblər.

Bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Almaniya Xarici İşlər naziri Hayko Maasla Türkiyə-Almaniya münasibətlərini, Şərqi Aralıq dənizi, Liviya və Ermənistanın təcavüzünü müzakirə etdik. Yunanıstan və Kiprin maksimalist yanaşmalarla Avropa İttifaqı ilə münasibətlərimizi zədələməsinə icazə vermərik”, – deyə M. Çavuşoğlu qeyd edib/APA.