XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 18:07

Zaxarova:“Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təklif olunub”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlaması üçün müxtəlif sxemlər üzərində iş gedir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Onlardan biri bizim tərəfimizdən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşünün keçirilməsi təklifidir. Biz tərəflərlə bu formatda danışıqlara başlamağın mümkün müddəti barədə məsləhətləşmələr aparırıq. Bu istiqamətdə atılan bütün addımlar barədə ictimaiyyəti məlumatlandıracağıq”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb/APA.