XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2020 - 20:25

BMT-nin sabiq Baş katibinin xanımı Prezident İlham Əliyevə məktub göndərdi:"Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirirəm"

BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımı Leya Mariya Butros-Qali Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram.

O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi”.