XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 23:10

Avropa Parlamentinin deputatı:"Ermənistanın işğalçı qoşunları Azərbaycandan çıxarmalıdır"

Avropa Parlamentinin Macarıstandan olan deputatı Marton Döndöşi plenar iclasda çıxış edərək, Ermənistanı işğalçı qoşunlarını Azərbaycandan çıxarmağa çağırıb.

Döndöşinin fikrincə, “müharibəni kim başlayıb” sualına cavab tapmaq üçün müasir günlərə yox, 30 il əvvəlki dövrə nəzər salmaq lazımdır.

Deputat xatırladıb ki, Ermənistan o vaxt Azərbaycana qarşı təcavüz törədib, onun ərazilərinin 20 faizini işğal edib və sakinlərini qovub. “Münaqişənin nizamlanması yalnız Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan tamamilə çıxarılması və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi əsasında mümkündür”, – deyə Döndöşi vurğulayıb(azərtac).