XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 12:36

Qız Qalasına reaktiv mərmi düşüb? –Açıqlama

“Qız Qalası bəndinin ərazisinə heç bir raket və ya mərmi düşməyib”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Xudafərin şəhərinin valisi Əli Əmirirad bildirib.

Valinin sözlərinə görə, Azərbaycan Respublikası ordusunun artileriya qurğularından atılan reaktiv mərmi Araz çayının o biri tərəfində, Qız Qalası su bəndinin yaxınlığındakı erməni mövqeyinə dəyib.

Əli Əmirirad əlavə edib: “Bununla birlikdə, reaktiv mərminin bəndin yaxınlığına düşməsi halı bizi narahat edir”.

Xatırladaq ki, oktyabrın 8-də sosial mediada Araz çayı üzərindəki Qız Qalası bəndinə mərmi düşməsi və nəticədə bəndin iki mühafizəçisinin yaralandığı iddia olunan bir video paylaşılıb.

İran rəsmilərinin açıqlamasına əsasən, Dağlıq Qarabağda müharibə başlayandan bəri İslam Respublikasının sərhədyanı ərazilərinə 30-dan çox mərmi düşüb, iki kənd evinə ziyan dəyib və bir uşaq yaralanıb.

Xudafərin və Qız Qalası su bəndləri İranla Azərbaycan Respublikası arasında ortaq iqtisadi layihədir.