XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2020 - 13:52

Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüş-mitinqi keçirilib –FOTO

Qardabanidə keçirilən “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiya ilə davam etdirilib.

Yüzlərlə soydaşımız mərkəzi David Aqmaşenebeli adına parka toplaşıb.

Aksiya “Yaşasın Azərbaycan!”, “Yaşasın rəşadətli Azərbaycan Ordusu!” şüarları altında keçirilib.

Çıxış edənlər Gürcüstan vətəndaşları olsalar da, ürəklərinin daima milli vətənləri olan Azərbaycanla döyündüyünü söyləyiblər.

Azərbaycanın haqq işində tezliklə qələbə çalacağına əminlik ifadə edən soydaşlarımız zəfər xəbərlərinə sevindiklərini bildiriblər.

Aksiyaya “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu” şüarları ilə yekun vurulub.

***
Gürcüstanın Qardabani rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiyası keçirirlər.

Əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları tutan yürüşçülər Azərbaycana dəstək şüarları səsləndirirlər.

Aksiya çərçivəsində avtomobil karvanı da təşkil olunub.

Yürüş “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə davam etdirilir. (report)