XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 16:11

Rusiya Təhlükəsizlik Şurasının üzvləri Qarabağdakı vəziyyəti müzakirə edib –Putinin təkidi

Rusiya Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Strateq.az “Kommersant”a istinadla xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Qafqazda və qonşu bölgələrdəki vəziyyəti müzakirə edilməli olduğunu açıqlayıb. Bundan əvvəl prezident dəfələrlə Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağda atəşi dayandırmağa çağırıb.

Vladimir Putin bildirib: “Bu gün planlaşdırıldığı kimi, Uzaq Şərqdəki vəziyyətdən, Rusiyanın Uzaq Şərq bölgəsi və Cənub-Şərqi Asiyadakı maraqlarını təmin etməkdən danışacağıq. Sonra təbii ki, Cənubi Qafqaz da daxil olmaqla, sərhədlərimizə çox yaxın ərazidə mövcud baş verən vəziyyəti müzakirə edəcəyik”.

Bir gün əvvəl Vladimir Putin oktyabrın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Moskvada Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüşünü  keçirməyi təklif edib.