XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 23:17

Pakistan Silahlı Qüvvələri Azərbaycana növbəti dəfə dəstəyini ifadə edib –Səfirlik

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən verilən məlumata görə, görüşdə regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanı Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəm təməllər üzərində qurulmasından bəhs edərək, Pakistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəklədiyini bildirib.