XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 12:01

Türkiyədəki 45 azərbaycanlı həkim hərbçilərimizə tibbi yardım üçün Vətənə gəldi –FOTO

Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.

Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.