Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşın Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Qeyd olunub ki, sanitar maşının atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb.