XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 15:12

Müdafiə Nazirliyi bəyanat yaydı:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

Azərbaycan Müdafiə Nazirliyi (MN) bəyanat yayıb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür”.