XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 21:36

Ayətullah Həmədani:"Qarabağ azad edilməlidir"

“Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qaytarılmalıdır”.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, bu bəyanatı şiə mərceyi-təqlidlərindən biri olan Ayətullah Nuri Həmədani verib.

Ayətullah Həmədani Azərbaycan mövzusunda verilən suala fətva hökmü daşıyan cavabında bildirib: “Azərbaycana səfərim zamanı tövfiq əhlindən olan bəzi şəxslərlə görüşdüm və eyni səfər zamanı Dağlıq Qarabağın İslam dünyasının bir parçası olduğunu və İslam ölkəsinə qaytarılmalı olduğunu söylədim.

İnqilab ruhu ilə o sərhəddəki şiələr azad edilməli və düşmənlər İran və Azərbaycan xalqları arasında bölünmə barədə düşünməməli olduqlarını bilməlidirlər. Biz bu bölgədəki şiələrin yanındayıq və tələblərinin yerinə yetirilməli olduğuna inanırıq”.