XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 10:08

İran Ermənistanın Azərbaycanın şəhərlərinə hücumlarını pisləyir

İran İslam Respublikası Azərbaycanın şəhərlərinə, yaşayış massivlərinə raket hücumlarını və dinc insanların qətlə yetirilməsini pisləyir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, İran Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüflənir:

“Beynəlxalq hüquq çərçivəsində danışıqlar başlanmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

İran XİN rəsmisi deyib ki, Tehranda regionda davamlı sülhə nail olmaq üçün bu danışıqları asanlaşdırmağa hazır olduğunu elan edir.