XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 11:46

Ermənistan etdiyi bütün hərbi cinayətlərə görə Azərbaycandan üzr istəməlidir –Türkiyə Prezidentinin baş müşaviri

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də atəşkəsi nəzərə alaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal geri çəkməlidir.

Bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Onun sözlərinə görə, Ankarada Qars-Ərdəhan-İğdır Cəmiyyətləri Federasiyasının təşkil etdiyi Azərbaycana dəstək məqsədilə Qarabağ mitinqi keçirilib.

Y.Topçu bəyan edib ki, Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması bütün dünyanın xeyrinə olacaq:

“Əgər Ermənistan rəhbərliyinin vicdanı varsa, indiyə qədər həyata keçirdiyi bütün hərbi cinayətlərə və hüquq pozuntularına görə Azərbaycana təzminat ödəyib, Azərbaycandan və BMT-dən üzr istəməlidir”.