XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 13:11

Tanınmış alimlər Gəncə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib –MƏTN

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın tərəfdaşları olan tanınmış akademiklər Gəncə şəhərinin mülki əhalisinə və mədəni irsinə qarşı Ermənistan ordusunun təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: “Hər zaman ədalət, mərhəmət, harmoniya və ümumdünya qardaşlıq tərəfdaşlığını təbliğ edən Nizami Gəncəvinin vətəni olan Gəncənin mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin hücumlarını kəskin şəkildə qınayırıq. İnsanlardakı fərqliliklərə baxmayaraq, Gəncə şəhəri və Nizaminin məqbərəsi ümumdünya irsinə aid önəmli abidələrdəndir. Bir millətin mədəni irsini hədəfə almaq heç bir şəkildə bəraət qazana bilməz. Ermənistanın zorakılığını kəskin şəkildə qınayırıq, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatını və UNESCO-nu öz rollarını oynamağa, bəşəriyyətin irsini xilas etmək üçün tez bir zamanda məsələyə müdaxilə etməyə, Ermənistanı Azərbaycana qarşı təcavüzünü dayandırmaq üçün fəal iştiraka çağırırıq”.