XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 13:31

Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb –VİDEO

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

Həmin məntəqələrin fəaliyyəti ilə bağlı hazırlanan videosüjeti təqdim edirik.