XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 05:52

ATV-çi “belə şərəfsizlik görmədim” dedi, ANS-çi kəskin cavab verdi – Yeni qovğa

ANS telekanalının Xəbərlər Departamentinin əməkdaşı, telejurnalist Ləman Ələşrəfqızının ATV-nin əməkdaşı Mətanət Əliverdiyevaya yönəlik süjeti iki telekanal arasında yeni qalmaqala yol açıb.

Strateq.az xəbər verir ki, Ləman Ələşrəfqızı süjetdə sabiq iş yoldaşının yanan bina ilə bağlı “elə bilin, külək idi, gəldi, getdi” sözlərini əsas tutaraq, onu kəskin tənqid edib. Bundan sonra ATV-nin əməkdaşları, o cümlədən tanınmış aparıcısı İlkin Həsənli də ANS-ə və L.Ələşrəfqızına “Facebook”da kəskin cavablar veriblər.

Məsələn, İlkin Həsənli eynən belə yazıb: “14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim! Bəs, hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! Ok, olsun!”.

Tanınmış jurnalist Ləman Ələşrəfqızı da İlkin Həsənliyə cavabını çox gözlətməyib:

“Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin, bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başadüşüləndir. İşinizdə olun”.

Qeyd edək ki, bu qalmaqal sosial şəbəkələrdə ikili mövqe yaradıb. Bu isə o qənaəti yaradır ki, Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişi ilə başlayan qovğa hələ çox davam edəcək.

Strateq.az