XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 14:48

“Humanitar atəşkəslə bağlı bəzi parametrlərin araşdırılması lazımdır” –Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev humanitar atəşkəslə bağlı məsələyə aydınlıq gətirib.

Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında bildirib ki,  humanitar atəşkəslə bağlı bəzi parametrlərin araşdırılması lazımdır: “Göründüyü kimi, düşmən bir tərəfdən humanitar atəşkəs istəyir, digər tərəfdən, Azərbaycanın mülki insanlarına qarşı hücumlar həyata keçirir. Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azəbaycanın mövqelərinə qarşı hücumlar həyata keçirilir. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədirlər”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda akkredetasiya olunmuş bütün səfirlərin, diplomatik korpusların Gəncəyə səfəri təşkil olunub: “Onlar öz gözləri ilə görsünlər ki, Azərbaycanın Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. Onlar Ermənistanın bu vəhşiliyini, vandalizmini öz gözləri ilə görmüş olsunlar. Hətta dünən Ermənistanın Müdafiə Nazirliyi çox riyakarcasına, utanmazcasına açıqlama verdi ki, bunu biz törətməmişik. Törətdikləri bu vandalizmi inkar etmək istəyirlər. Amma faktı heç kim gizlədə bilməz”. (apa)