XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2020 - 15:16

Gəncədə 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılıb –"Azəriqaz"

Oktyabrın 11-də Ermənistan ərazisindən Gəncə şəhərinə atılan raketin zərbəsi nəticəsində 30 abonentin yaşayış ünvanı artıq yoxdur.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.

Qeyd olunub ki, Gəncə şəhərinə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində 11 oktyabr tarixində saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb. 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb.

200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı artıq yoxdur. 170 abonentin qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.