XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2020 - 17:54

Ermənilərin Gəncəyə raket atması nəticəsində ölənlərin sayı 10-a çatıb –Prokurorluq

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə,  12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.