XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 06:01

Rektor vəzifəsindən azad olundu – Arif Alışanov öz adamına vəzifə verdi

2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olan Etibar Babayev AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılıb.

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, həmin vəzifəyə may ayının 5-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədr müavini vəzifəsindən çıxarılan Faiq Hüsiyev təyin edilib.

Mənbə bildirir ki, bu günlərdə AzTV-də daha bir təyinat olub. Televiziyanın sədri, millət vəkili Arif Alışanov öz köməkçisi Fərman Orucovu “İdman Azərbaycan” Televiziyasının direktoru təyin edib.
Qeyd edək ki, mayın 5-də işdən çıxarılan AzTV sədrinin radio üzrə keçmiş müavini Cavanşir Cahangirovun da yenidən AzTV-yə hansısa vəzifəyə qayıdacağı gözlənilir. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.
Strateq.az