XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 11:45

Ərdoğan Avropa İttifaqına çağırış etdi- Azərbaycanın ərazi bütövlüyü ilə bağlı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı keçirib.

Məlumata görə, danışıqlar zamanı Türkiyə Prezidenti Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb.

R.T.Ərdoğan bildirib ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan, əvvəlcə neft-qaz enerji xətlərinin və nəqliyyat marşrutlarının üzərində yerləşən Tovuz rayonuna, sonra Gəncə şəhərinə hücum etməklə Avropaya enerji tədarükü təhlükəsizliyinə təhdid yaradıb.

Danışıqlar zamanı tərəflər, həmçinin Türkiyə-Aİ münasibətlərini, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər/Trend.