XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 11:16

İran ərazisinə dron düşüb –Araşdırma gedir

İranın Parsabad-Muğan şəhəri yaxınlığındakı Yuxarı Uzuntəpə kəndinə dron düşüb.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, pilotsuz aparat əkin sahəsində qəzaya uğrayıb.

Ərdəbil valisinin siyasi və təhlükəsizlik məsələlər üzrə köməkçisi Bəhruz Nedayi bildirib ki, hazırda dronun kimə məxsus olduğu araşdırılır. Onun sözlərinə görə, qəza heç bir ziyan vurmayıb.

Yerli mənbələr pilotsuz uçuş aparatının (PUA) Azərbaycan və ya Ermənistan ordusuna aid ola biləcəyini ehtimal edirlər.