XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 12:17

Nəcəf üləmasının fətvası:"Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir"

Nəcəf şəhərindəki şiə üləmasının tanınmış simalarından olan Ayətullah Həkim Dağlıq Qarabağ böhranının həllinə çağırış edib.

Strateq.az “Shianews”-a istinadla xəbər verir ki, Ayətullah Seyyid Məhəmməd Səid Həkimin ofisi Dağlıq Qarabağdakı hadisələrə, Ermənistan və Azərbaycan  arasında münaqişəyə münasibəti açıqlayıb.

Bəyanatın mətni belədir:

“Bütün narahatlığımızla Azərbaycanın cənub-qərbində baş verən faciəli hadisələri izləyirik. Bu hadisələr nəticəsində, xüsusilə, mülki şəxslərə dəyən ziyan və itkilərdən dərin təəssüf hissi keçiririk, habelə bu böhranın Azərbaycanın ərazi bütövlüyünə hörmət edən və güc tətbiqindən çəkindirən BMT qətnamələrinin icrasına əsaslanaraq nizamlanmasını vacib sayırıq.  Torpaqların işğal edildiyini və köçkünlərin öz şəhərlərinə hörmət və ehtiramla qayıtmalarını vurğulayırıq, Allahdan bölgə və dünya üçün ədalətə söykənən təhlükəsizlik və sülh diləyirik”.