ABŞ dövlət katibi Ermənistanı və Azərbaycan Respublikasını atəşkəs razılaşmasına əməl etməyə və mülki bölgələrə hücumdan çəkinməyə çağırıb.
Strateq.az “Sputnik”-ə istinadla xəbər verir ki, Dağlıq Qarabağ bölgəsində davam edən qarşıdurmaya münasibət bilrən Mayk Pompeo Gəncə və Xankəndi (Stepanakert) kimi mülki ərazilərin hədəf alınmasına qarşı çıxıb.
O, həmçinin mülki insan itkisindən kədərləndiyini və Vaşinqtonun Dağlıq Qarabağ böhranının sülh yolu ilə həllinə sadiq olduğunu vurğulayıb.