XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

26 Mart 2016 - 14:54

Alman nazir:"Terror Almaniyadan yan keçməyəcək!"

Almaniyanın ədliyyə naziri Hayko Maas terror dalğasının ölkəsindən yan keçməcəyini bildirib. Və rəsmi Berlini belə bir ehtimala inanmamağı çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Saarbrücker Zeitung» qəzetinin bugünkü sayına müsahibə verən Maas bildirib ki, demokratik ölkədə tam təhlükəsizliyə heç kim təminat verə bilməz. Bununla belə, nazir əhalini təşvişə düşməməyə səsləyib: «Almaniya hökuməti vağzal və aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Sənəd yoxlanışı da sıx-sıx aparılır. Əgər indi qorxu bizi iflic vəziyyətə salsa, bu o demək olacaq ki, terrorçular istədiklərinə nail olublar. Belə ssenarinin inkişafına imkan verməməliyik". 

Xatırladaq ki, İŞİD-in Brüsseldə törətdiyi 22 mart terrorunda 30-dan artıq insan ölüb, 300-dən artıq insan yaralanıb.