XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2015 - 06:44

Barak Obama: “İranın atom bombasında adım yazılacaq”- Açıqlama

Obama_1.jpg

Тhe Atlantic nəşrinə müsahibəsində ABŞ Prezidenti Barak Obama bildirib ki, iranlıların antisemitizmi onalra baha başa gələ bilər. ” 20 ildən sonra, əgər Allah qoysa mən yaşasam, İran isə atom bombası əldə etsə, ona onun üzərində mənim adım yazılacaq. Buna görə mən iddia edə bilərəm ki, ABŞ-ın milli maraqları ilə yanaşı, özümün də reputasiyasını müdafiə edirəm”, – deyə B.Obama bildirib.

Obama əmin edib ki, o iranlılara antisemitizm mövqeyinin Tehrana baha başa gələcəyini izah edəcək. Eyni zamanda o antisemitizm mövqeyindən çıxış etməyin İran rəhbərliyinin irrasional mövqe tutuması anlamına gələmədiyini açıqlayıb. “Əgər İranın dini lideri antisemitdirsə, bu demək deyil ki, onun başqa daha vacib stimul və maraqları yoxdur”, – deyə ABŞ prezidenti əlavə edib.

Obama bu müsahibəni Vaşinqtonda yerləşən “Adas İsrail” sinaqoqunda çıxışı ərəfəsində verib.

Strateq.az