XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 13:50

Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ziyan dəyib –Təhsil Nazirliyi

Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu və kəndlərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.