XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 18:25

6 şəhər və 4 rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq –Hökumətdən qərar verdi

Nazirlər Kabineti 387 nömrəli qərarına dair açıqlama yayıb.

Strateq.az xəbər verir ki, açıqlamada deyilir:

“Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li qərarına əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:

– 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

– 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;

– 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır”.