XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Oktyabr 2020 - 21:19

ƏRDOĞANLA PUTİN QARABAĞI MÜZAKİRƏ ETDİLƏR

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı  müzakirə olunub.

Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb.

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb.