XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 13:48

Xorvatiyanın sabiq prezidenti:"Dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram"

Xorvatiyanın 2000-2010-cu illərdə prezidenti Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Strateq.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.

Bütün bunlarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.