Füzuli rayonu Zobucuq qəsəbəsi Ermənistan silahlıları tərəfindən mütəmadi olaraq atəşə məruz qalır.
Məlumata görə, düşmən təxribatı nəticəsində ziyan görən Zobucuq qəsəbəsində sakinlərin əhvali-ruhiyyəsi çox yüksəkdir. Qəsəbə ərazisinə bu müddət ərzində xeyli sayda mərmi düşüb.
Atılan mərmilər 2 evi yararsız vəziyyətə salıb, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirib.
Düşmənin bütün təxribatlarına baxmayaraq, zobucuqlular ata-baba yurdlarında yaşamağa davam edirlər/Report.