XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 17:15

Zirvə Görüşünün iştirakçıları Prezident İlham Əliyevə məktub göndərib:"Haqlı mübarizənizdə daim Sizin yanınızdayıq"

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Strateq.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Biz – XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Dağlıq Qarabağda baş verən hadisələri narahatlıqla izləyirik.

Azərbaycan ərazisi olan Dağlıq Qarabağın işğalı cinayətdir, qanunsuzluqdur, zülmdür. İşğalçı Ermənistan müharibə cinayəti, bəşəriyyətə qarşı cinayət törətməkdədir. Ermənistanın dünyanın gözü qarşısında beynəlxalq hüququ pozaraq müharibə və bəşəriyyət əleyhinə cinayət törətməkdə davam etməsini qınayırıq. Əvvəlcə Dağlıq Qarabağın işğalı, sonra Xocalı soyqırımı, daha sonra Tovuza hücum, indi isə Azərbaycanın digər bölgələrinə qarşı törətdiyi hərbi təxribatlar Ermənistanın tarixində qara ləkə kimi qalacaq.

Siz legitim olaraq özünümüdafiə hüququnuzdan istifadə edirsiniz.

Birləşmiş Millətlər Təşkilatının qərarlarına əsasən, hər hansısa ölkənin ərazisi işğal edilərsə, həmin ərazilərin geri qaytarılması üçün mübarizə aparması onun legitim haqqıdır.

Eyni zamanda, Siz həm də vətəndaşlarınızın yaşamaq hüququnu qoruyursunuz. Buna görə də Ermənistanın işğal etdiyi ərazilərdən dərhal geri çəkilməsi zəruridir. İnsan haqlarının pozulması davam etdikcə, mübarizəniz haqlıdır.

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları olaraq əminik ki, Siz sülh və ədalət uğrunda mübarizə aparırsınız.

Haqlı mübarizənizdə daim Sizin yanınızdayıq”.