XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2020 - 18:42

“Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır” –Prokurorluq açıqlama yaydı

“Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb”.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən Strateq.az-a bildirilib ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb: “Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.