XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2016 - 17:20

“Facebook”da Obamanı ölümlə hədələdi- 3 il həbs cəzası aldı

obama

ABŞ-ın Viksonsin ştatının sakini Brayn Datçer prezident Barak Obamanı təhdid etdiyinə görə cəzalandırılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Datçer 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, o, Obamanı ölümlə hədələyirmiş. Hakim Uilyam Konli hökmü elan edərkən bildirib ki, 55 yaşlı Datçer «Facebook» səhifəsində ABŞ prezidentinə sui-qəsd etməyə hazırlaşdığını yazıb. Bildirib ki, prezident Viksonsin ştatına nə vaxt gəlsə, onu öldürəcək. Və əlavə edib ki, Obamanı öldürmək onun konstitusion hüququdur.

İstintaq müəyyən edib ki, Obamanın adıçəkilən ştata səfəri zamanı Datçer La-Krosse şəhərindəki kitabxanada olub. Mühafizəçilərə ora Obamanı öldürmək üçün gəldiyini deyib.