XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 23:59

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə müzakirə aparıb –Qarabağdakı vəziyyətlə bağlı

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefon danışığı baş tutub.

XİN-dən Strateq.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və Azərbaycanlı dinc insanların və mülki obyektlərin atəşə tutulması barədə məlumat verib. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov, Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə almasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.