XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 17:54

Obama:"Terrora görə müsəlmanları günahlandırmaq lazım deyil!"

ABŞ prezidenti Barak Obama martın 22-də Brüsseldə baş verən silsilə teraktlara görə müsəlmanları günahlandırmağın doğru olmadığını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama bütün müsəlmanları ittiham etməyin ancaq terrorçuların işinə yaradığını deyib: «Terrorçuların istədiyi müxtəlif dini icmalar arasında nifrət toxumu yaymaqdır. Müsəlmanlar Amerika cəmiyyətinin inkişafına böyük töfhə verirlər. Hamını tərəzinin eyni gözünə qoymaq cəhdlərindən uzaq olmalıyıq. Bu cür hərəkətlər bizim dəyərlərə, həmçinin xalqımızın tarixinə və etiqad azadlığına ziddir".

Brüsseldə həyatını itirənlərin xatirəsini yad edən Obama bildirib ki, onların arasında 2 ABŞ vətəndaşı da var. Daha 14 amerikalı isə həmin olaylar zamanı xəsarət alıb.