Bu gün bütün dünyada ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Çünki təcrübə göstərir ki, vətəndaşlar tərəfindən real nəzarətin olmaması hakimiyyət subyektlərinin və dövlət orqanlarının fəaliyyətində operativliyi və səmərliliyi azaldır. İctimai nəzarət monitorinq, müşahidə, qiymətləndirmə orqanları, agentlikləri, təşkilatları vasitəsilə hökumət qurumlarının iş və idarəetmə keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və keyfiyyətlə həyata keçirilməsini təmin etməyə yardım edir.
Səmərli nəzarət mexanizmləri və sistemi müxtəlif sosial qrupların maraqları arasında balans yaratmağa və mümkün münaqişələrin qarşısını almağa imkan verir. İctimai nəzarət vacib, təxirəsalınmaz məsələlərin həlli üçün ictimai səfərbərliyə, hökumət üçün tövsiyyələr verməyə imkanlar açır. Belə ki, cəmiyyət, ayrı-ayrı sosial qruplar hakimiyyət subyektləri və dövlət hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədar çevik, dolğun məlumat ala, səhvləri, nöqsanları aşkarlaya bilir.
Azərbaycanda da ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarət institutlarının fəaliyyətinin daha səmərli qurulması məsələləri aktuallaşıb. Dövlət başçısı tərəfindən son zamanlar dəfələrlə dövlət orqanlarının daha yaxşı işləməsi üçün ictimai nəzarətin əhəmiyyəti dəfələrlə vurğulanıb.
Azərbaycanda nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarət institutlarının fəaliyyətinin daha səmərli qurulması üçün dünya təcrübəsinin öyrənilməsi məsələləri də aktuallaşıb. Dünya təcrübəsinin öyrənilməsi müasir dövrdə ictimai nəzarət mexanizmlərinin hansı formada və necə tətbiq olunmasını daha aydın dərk etməyə kömək edir.
Bu baxımdan Rusiya təcrübəsi də maraq doğura bilər.
2014-cü il 2 avqust tarixində Rusiyada “Rusiya Federasiyasında ictimai nəzarətin əsasları haqqında” federal qanun qüvvəyə minib. Bu qanun dövlət və yerli özünüidaretmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirlməsinin hüquqi əsaslarını müəyyən edir.
Bu federal qanuna görə ictimai nəzarət deyildikdə, ictimai nəzarət subyektlərinin dövlət hakimiyyəti, yerli özünüidaretmə orqanları, dövlət və bələdiyyə təşkilatları, publik funksiyaları həyata keçirən digər qurumların işinin müşahidə edilməsi, onlar tərəfindən qəbul edilən aktlar və qərarların analizi və ictimai qiymətlədnirməsi ilə bağlı fəaliyyəti başa düşülür.
Qanunda ictimai nəzarətin subyektləri kimi aşağıdakılar nəzərdə tutulub:
İctimai nəzarətin həyata keçirilməsi üçün aşağıdakı təsisatlar yaradıla bilər:
İctimai nəzaət obyektləri kimi dövlət hakimiyyəti, yerli özünüidaretmə orqanları, dövlət və bələdiyyə təşkilatları, publik funksiyaları həyata keçirən digər qurumlar çıxış edirlər.
İctimai nəzarət könüllü əsaslarla şəxsən vətəndaşlar (ictimai müfəttişlər və ictimai ekspertlər) və ictimai birliklərin və digər qeyri-hökumət, qeyri-kommersiya qurumlarının (ictimai palatalar, şuralar, müşahidə komissiyaları, inspeksiyalar, ictimai nəzarət qurupları) tərkibində həyata keçirlir.
İctimai nəzarət formaları kimi qanun ictimai monitorinq, ictimai yoxlama, ictimai ekspertiza, həmçinin ictimai müzakirə və ictimai dinləmə nəzərdə tutulur. Qanun digər məqbul formaların tətbiqini də qadağan etmir.
Qanun hər bir ictimai nəzarət formasının tətbiqi qaydasını tənzimləyir.
İctimai nəzarət obyektlərinin ictimai nəzarətin təşkil olunması ilə bağlı aşağıdakı öhdəlikləri nəzərdə tutulub:
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB tərəfindən həyata keçirilən “İctimai nəzarət institutlarının təşviqi” layihəsi çərçivəsində dərc olunur.
Strateq.az