XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 11:15

Operativ Qarargah özəl müəssisələrə tövsiyə edib

Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə bir sıra tövsiyələr edib.

Tövsiyələrdə qeyd olunub ki, zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər.

Həmçinin, ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın.