XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 11:25

TƏBİB:"Koronaviruslu 113 ağır xəstədən 16-sı süni nəfəs aparatına qoşulub"

“Bu gün hər bir səhiyyə işçisi Azərbaycan Ordusunun və əsgərinin arxasındadır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Qarayeva deyib ki, cəmiyyətin də yardımına ehtiyacı var: “Son zamanlar dünyada COVID-19-a yoluxmada artım müşahidə olunur. Dünyada 38 milyondan çox insan koronavirusa yoluxub, ölüm isə 1 milyon insanı keçib. Dünən Azərbaycanda gündəlik yoluxma 530 nəfərə çatıb. Bu, avqustun ortasından gördüyümüz ən yüksək rəqəmdir. Hazırda 113 ağır xəstəmiz var, 16-sı süni nəfəs aparatına qoşulub”.