XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 12:32

TƏBİB-in şöbə müdiri:“ÜST-ün tövsiyələrinə uyğun olaraq, lokal qapanmalara gedirik”

“Biz daha çox lokal qapanmalara gedirik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Qarayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də lokal qapanmaların tətbiqinin daha məqbul olduğu bildirilib: “Biz də bu tövsiyələrə uyğun olaraq addımlar atırıq. Ümid edirik ki, lokal qapanmalar sayəsində müsbət nəticə əldə edə biləcəyik”.  

Şöbə müdiri bu məsələdə ictimai qınağın da əsas rolu olduğunu deyib: “İctimai qınaq olmalıdır ki, Ordumuzu, özümüzü xəstəlikdən qoruyaq”.