XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2020 - 11:59

Azərbaycana virusun genomunu öyrənən avadanlıqlar gətirilib –TƏBİB

“Test sayları həftə sonu azalır, biz bunu həmişə qeyd etmişik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Qarayeva deyib ki, test sayları pozitiv xəstələrin təmasları ilə də bağlıdır: “Biz rəqəmlə deyil, faizlərlə müqayisə aparırıq və artım varsa, deyirik. Ölüm səviyyəsinə gəlincə, Azərbaycana virusun genomunu öyrənə bilən avadanlıqlar gətirilib. Xəstələrin sayının artması mərhələsinin başladığı bir dönəmdə virusun daha öldürücü olub-olmadığını demək çətindir”.