XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 13:43

“Yaşı 65-dən yuxarı müəllimlər əvəzetmə qaydasında əvəz olunurlar” –Nazir

“Avqust ayının sonundan yaşı 65-dən yuxarı olan şəxslər ümumtəhsil məktəblərində tədrisə cəlb edilmirlər, digər müəllimlər tərəfindən əvəzetmə qaydasında əvəz olunurlar”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Belə müəllimlərin ali məktəblərdə daha çox olduğu və əsasən, distant təhsil verdiklərini söyləyən Təhsil naziri qeyd edib ki, o insanlar təhsil müəssisələrinə gəlmirlər və gəlməməlidirlər: “Uzun müddət işləmiş, fəxri adları olan müəllimlər əmək müqavilələri də uzadılır. Belə hallar var, ancaq indi hazırda bununla bağlı məndə statistika yoxdur. Koronavirus pandemiyasından sonra ümidimiz o müəllimlərin tədrisə qayıtmasıdır”.