XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 12:48

Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi –Yaqut Qarayeva

Payız-qış aylarında ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması gözlənilən idi.

Bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu proses havaların soyuması ilə əlaqədardır: “Son vaxtlar yoluxma sayı 100 ətrafında olurdu. Amma biz buna arxayın olmamışdıq. Payız-qış mövsümündə respirator xəstəliklərin artması ilə əlaqədar virusun da aktivləşəcəyi gözləniləndir”.