XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 16:12

Arxiyepiskop Aleksandr:"Dinlərarası qarşıdurmadan söhbət gedə bilməz"

“Dini liderlər münaqişənin sülh yolu ilə həll olunmasına cəhd göstəriblər. Bu müddət ərzində az görüşlər keçirilməyib”.

Bunu Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr deyib.

Onun sözlərinə görə, münaqişədə dini konfliktdən söhbət gedə bilməz: “Biz bilirik ki, istənilən müharibə sülhlə başa çatır. Bu yaxınlarda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirilib və bəyanat qəbul edilib. Ancaq oktyabrın 12-də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket atılıb. Bu bir daha onu göstərir ki, çox iyrənc siyasi münasibət göstərilir. Son vaxtlar erməni siyasətçiləri daha çox dini mövzuları səsləndirirlər. Deyirlər ki, bu münaqişə dini münaqişədir. Burada dinlərarası heç bir münaqişə yoxdur. Bakının mərkəzində erməni kilsəsi var və dağıdılmayıb. Burada hansı qarşıdurmadan söhbət gedə bilər? Bu yaxınlarda şeyxülislam mənə zəng etmişdi ki, rus şəhid var. Azərbaycan vətəndaşları öz torpaqlarını sevirlər. Bu xalqı, torpağı sevməmək olmaz. Heç bir halda dinlərarası qarşıdurmadan söhbət gedə bilməz”.