XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 19:47

Prezident:“Orada çıxan təbii ehtiyatları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar”

“Ermənistanın əsl dərdi onların bizə olan əzəli nifrətidir. Ermənistan faşist siyasəti aparır, Türkiyəyə, Azərbaycana nifrəti aşılayır. Uşaqlara türkləri düşmən kimi qələmə verir və öz əhalisinin beyinlərini zəhərləyir”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin təməlində bu dayanır, əsas məsələ budur: “Digər bölgələr həm bitkiçilik, həm heyvandarlıq üçün çox münbit torpağı var, çox gözəl torpağı var. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqları, onlar qanunsuz olaraq oranı istismar edirlər və biz bütün o işdə onlara kömək olan və ora investisiya yatıran şirkətlərə məktub göndərmişdik. Mən bu döyüşlərdən əvvəl verdiyim açıqlamalarda demişdik ki, son xəbərdarlıq edirik bütün xarici şirkətlərə.

Ya dayandırın bu fəaliyyəti, ya biz sizi məhkəməyə verəcəyik və məhkəmədə bizim sözümüz keçəcək. Çünki bu, qanunsuzdur. Orada çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii ehtiyatları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsəd bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaqdır və buna da onlar nail ola bilmədilər”. (apa)