“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs adı altında terror və hərbi cinayət əməllərini davam etdirirlər”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir”, – o qeyd edib.