XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2020 - 03:22

İbrahim Kalın:“Bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq”

“Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadınlardan, uşaqlardan, qocalardan və mülki şəxslərdən bəhs etmədən qətl törədir”.

APA xəbər verir ki, bu sözləri Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.

O, qeyd edib ki, bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə,   desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır.